Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Hesablama Palatası: "İçməli suyun keyfiyyəti ilə bağlı məlumatlar natamamdır"
sosial

Hesablama Palatası: "İçməli suyun keyfiyyəti ilə bağlı məlumatlar natamamdır"

12-11-2026 12:00 28 Baxış
IMG

2025-ci ildə su təmizləyən qurğuların sayı və təmizlədikləri suyun həcmi azalıb. Amma su ilə təmin olunan insanların sayı artıb.

 

Tvit.az Hesablama Palatasına istinadən xəbər verir ki, su təchizatı qurğularının sayı iki ədəd azalıb, təmizlənən suyun həcmi də aşağı düşüb. Buna baxmayaraq, həmin qurğuların su ilə təmin etdiyi əhalinin sayı 20.4 min nəfər artıb.

 

Başqa sözlə, hesabatda daha az suyun daha çox insana verildiyi göstərilib. Palata bunun bir nəfərə düşən su miqdarının azalması demək olduğunu qeyd edib.

 

Palata içməli suyun keyfiyyəti ilə bağlı məlumatların da natamam olduğunu müəyyən edib:

 

"Təmizlənmiş suda bağırsaq çöpləri və E-koli bakteriyalarının miqdarına dair planlaşdırılan və faktiki göstəricilər palataya təqdim olunmayıb".