Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Netanyahu hakim qarşısına çıxdı
dünya

Netanyahu hakim qarşısına çıxdı

10-12-2024 14:00 103 Baxış
IMG

İsrailin vəzifədə olarkən mühakimə olunan ilk baş naziri Benyamin Netanyahu ona qarşı korrupsiya işində ifadə vermək üçün hakim qarşısına çıxıb.


Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.


İsrailli məhbusların yaxınları məhkəmə binasının girişinə toplaşaraq, Qəzzada əsir saxlanılan qohumlarının fotoşəkillərini və Netanyahunu ittiham edən plakatlarla Netanyahuya etiraz ediblər.


Məhkəmənin sonunda təqsirli bilindiyi təqdirdə 10 ilə qədər həbs cəzası alacağı ehtimal edilən Netanyahu 3 ayrı işdə ittihamlara qarşı günahsız olduğunu israr edib və iddiaları qəbul etməyib.


Elmin Alışov