Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya ABŞ-da benzin qiyməti 2021-ci ilin mayından bəri ilk dəfə 3 dollardan aşağı düşüb
dünya

ABŞ-da benzin qiyməti 2021-ci ilin mayından bəri ilk dəfə 3 dollardan aşağı düşüb

09-12-2024 23:00 106 Baxış
IMG

ABŞ-da benzinin orta qiyməti 2021-ci ilin may ayından bəri ilk dəfə bir qallon üçün 3 dollardan aşağı düşüb.
Tvit.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, benzinin qiymətlərini də izləyən səyahət və naviqasiya tətbiqi "GasBuddy.com" tərəfindən edilən şərhdə 12 milyondan çox fərdi qiymətdən toplanan məlumatlara görə, ölkədə benzinin orta qiymətinin ardıcıl səkkiz həftədir azaldığı bildirildi.
Açıqlamada benzinin orta qiymətinin bir həftə əvvələ nisbətən 3,1 sent azalaraq gallon üçün 2,97 dollar olduğu və bunun üç ildən çox müddətdə qeydə alınan ən aşağı səviyyə olduğu vurğulanıb.
Ölkə daxilində benzinin orta qiymətinin bir ay əvvələ görə 8,7 sent, bir il əvvələ görə isə 17,7 sent aşağı olduğu, dizelin orta qiymətinin isə əvvəlki həftəyə nisbətən 2,3 sent azalaraq azaldığı bildirilib.
Aysel Şirinova