Çempionlar Liqası tarixində ilk dəfə eyni mövsümdə üç türk məşqçi fərqli komandaların baş məşqçisi kimi turnirdə mübarizə aparacaq.
Tvit.az xəbər verir ki, türkiyəli mütəxəssislərdən Okan Buruk “Qalatasaray”, İsmayıl Kartal “Fənərbaxça”, Arda Turan isə “Şaxtyor Donetsk” klubuna rəhbərlik edəcək.
Beləliklə, üç türk məşqçi Avropanın ən nüfuzlu klub turnirində komandalarının uğuru üçün mübarizə aparacaq.