Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İran rəsmiləri Xarq adasındakı neft infrastrukturunu yoxlayıblar
dünya

İran rəsmiləri Xarq adasındakı neft infrastrukturunu yoxlayıblar

27-08-2026 17:00 13 Baxış
IMG

İran parlamentinin sədr müavini Əli Nikzad ABŞ-ın aylarla davam edən hücumlarından sonra Xarq adasındakı neft infrastrukturunun vəziyyətini araşdırıb.

 

Tvit.az xəbər verir ki, bu barədə dövlətə məxsus Tasnim xəbər agentliyi məlumat yayıb.

 

İranın cənub sahillərində yerləşən Xarq adası ölkənin əsas neft ixrac mərkəzlərindən biridir. Ada ən yüksək göstərici dövründə İranın ümumi neft ixracının təxminən 90 faizini emal edir. 

 

Məlumata görə, Xarq adasında ildə təxminən 950 milyon barel, yaxud gündə orta hesabla 1,5 milyon barel neft emal olunurdu.

 

Aysel Şirinova