Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Paşinyan: "Ermənistan Azərbaycandan elektrik enerjisi idxal edə bilər"
sosial

Paşinyan: "Ermənistan Azərbaycandan elektrik enerjisi idxal edə bilər"

27-08-2026 16:00 18 Baxış
IMG

"Ermənistan hökuməti Azərbaycan da daxil olmaqla, bir neçə xarici ölkədən elektrik enerjisi idxal etmək ehtimalını nəzərdən keçirir".

 

Tvit.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan brifinq zamanı bildirib.

 

Məlumata görə, Paşinyan iki ölkənin enerji sektorunun rəsmiləri arasında baş tutmuş son görüşə münasibət bildirərkən belə bir bəyanatla çıxış edib.


Baş nazir deyib ki, hazırda bu mövzu həmçinin İran, Gürcüstan və Türkiyə rəsmiləri ilə də müzakirə mərhələsindədir.