Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Prezident İlham Əliyevdən "Sabah" futbol klubu ilə bağlı SƏRƏNCAM
sosial

Prezident İlham Əliyevdən "Sabah" futbol klubu ilə bağlı SƏRƏNCAM

27-08-2026 15:00 16 Baxış
IMG

Prezident İlham Əliyev "Sabah" futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

 

Tvit.az President.az-a istinadən xəbər verir ki, sərəncamla UEFA Çempionlar liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Sabah" futbol klubuna beş milyon manat ayrılır.

 

Maliyyələşməni təmin etmək Maliyyə Nazirliyinə, sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə olunub.