Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İranın nüvə sənayesi dünya səviyyəsindədir – İran rəsmisi
dünya

İranın nüvə sənayesi dünya səviyyəsindədir – İran rəsmisi

27-08-2026 12:00 15 Baxış
IMG

İranın nüvə sənayesi rəhbəri Məhəmməd Eslami ABŞ-ın sanksiyalarına və hərbi zərbələrinə baxmayaraq, ölkənin nüvə sənayesinin dünyanın aparıcı ölkələri ilə eyni səviyyədə olduğunu bildirib.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, İran Atom Enerjisi Təşkilatının rəhbəri bildirib ki, İranın nüvə sənayesi bu sahədə qabaqcıl ölkələrlə "yanaşı və bərabər səviyyədə" inkişaf edir.

 

Eslami İranın düşmənlərinin ölkənin nüvə proqramının dinc məqsədlər daşımadığını iddia etdiyini və bununla da İranın inkişafına mane olmağa çalışdığını bildirib.

 

"Onlar özləri də mahiyyət etibarilə bilirlər və hərəkətləri də göstərib ki, əsas məqsədləri İran İslam Respublikasının tərəqqisinin qarşısını almaqdır", – deyə o vurğulayıb.

 

İran nüvə proqramının yalnız dinc məqsədlər, o cümlədən elektrik enerjisi istehsalı üçün istifadə edildiyini bildirir.

 

ABŞ Prezidenti Donald Tramp isə İranın nüvə proqramının silah istehsalına yönəlməsinin qarşısını almaq məqsədilə İsraillə birlikdə İrana qarşı müharibəyə başladığını deyir.

 

Bununla belə, ABŞ kəşfiyyatının İranın nüvə silahı hazırlamağa çalışmadığı qənaətinə gəldiyi bildirilir. Eyni zamanda, mediada yayılan məlumatlara görə, müharibə İranın nüvə silahı əldə etmək niyyətini gücləndirə bilər.

 

Aysel Şirinova