Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Pezeşkian müsəlman ölkələrini iqtisadi əməkdaşlığı artırmağa çağırıb
dünya

Pezeşkian müsəlman ölkələrini iqtisadi əməkdaşlığı artırmağa çağırıb

27-08-2026 11:00 18 Baxış
IMG

İran Prezidenti Məsud Pezeşkian müsəlman ölkələrinin iqtisadi potensialının əhalisi və dünyadakı geostrateji mövqeyi ilə müqayisədə aşağı olduğunu bildirərək, iqtisadi əməkdaşlığın artırılmasına çağırıb.

 

Tvit.az xəbər verir ki, Pezeşkian Tehranda keçirilən 40-cı Beynəlxalq İslam Birliyi Konfransında çıxışı zamanı bu çağırışı edib. 

 

O bildirib ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Cənub-Şərqi Asiyadan Afrikaya qədər 57 üzv ölkəsi enerji ehtiyatları, gənc əhali və geniş bazar imkanlarına malik olmaqla yanaşı, mühüm dəniz və quru nəqliyyat yollarının üzərində yerləşir.

 

Pezeşkianın sözlərinə görə, 2024-cü ildə İƏT üzvü ölkələrin ümumi iqtisadiyyatı təxminən 9,2 trilyon dollar təşkil edib. Bu, dünya iqtisadiyyatının 8,3 faizinə bərabərdir.

 

Prezident həmçinin bildirib ki, üzv ölkələrin ixracının yalnız 19 faizi İƏT daxilində həyata keçirilir, qalan hissəsi isə təşkilata üzv olmayan ölkələrə yönəldilir.

 

Pezeşkian müsəlman ölkələri arasında ticarət əlaqələrinin genişləndirilməsinin və iqtisadi əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

 

Aysel Şirinova