Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Almaniyada dondurulmuş Rusiya aktivlərinin məbləği açıqlanıb
dünya

Almaniyada dondurulmuş Rusiya aktivlərinin məbləği açıqlanıb

27-08-2026 08:00 13 Baxış
IMG

Almaniyada Avropa İttifaqının (Aİ) sanksiyaları çərçivəsində dondurulmuş Rusiya aktivlərinin ümumi məbləği təxminən 3,51 milyard avro təşkil edir.

Bu barədə Almaniya Maliyyə Nazirliyi məlumat verib.

 

Nazirlik bildirib ki, Aİ-nin 269/2014, 833/2014 və 2024/2642 saylı qaydaları əsasında Almaniyada dondurulmuş və ya hərəkətsizləşdirilmiş aktivlərin ümumi dəyəri hazırda təxminən 3,51 milyard avrodur.

Məlumata görə, bu məbləğə sanksiya siyahısına daxil edilmiş şəxslərin və təşkilatların dondurulmuş vəsaitləri və iqtisadi resursları, həmçinin Almaniyada yerləşən və əməliyyatlara qadağa qoyulan Rusiya Mərkəzi Bankının təsdiqlənmiş xarici aktivləri daxildir.

Nazirlik qeyd edib ki, aktivlərin ümumi məbləği istifadə olunan qiymətləndirmə metodundan asılı olaraq dəyişə bilər.

Hazırda Aİ və G7 ölkələri təxminən 300 milyard avro həcmində Rusiya aktivlərini dondurub. Bunun təxminən 180 milyard avrosu Belçikadakı Euroclear depozitarisində saxlanılır.