ABŞ energetika naziri Kris Rayt bildirib ki, Vaşinqton İranla bağlı diplomatiyaya üstünlük verir, lakin “lazım gələrsə”, Tehranın nüvə obyektlərinə zərbələr endirməyə hazırdır.
Tvit.az xəbər verir ki, Raytın Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossinin iştirakı ilə verdiyi açıqlamalar ABŞ Prezidenti Donald Trampın “Əl-Cəzirə”yə müsahibəsində Tehranla danışıqlara “tələsmədiyini” bildirməsindən bir neçə saat sonra səslənib.
Vaşinqtonda keçirilən tədbirdə çıxış edən Rayt İranın nüvə silahı proqramının olduğunu və ABŞ-ın məqsədinin bunu dayandırmaq olduğunu deyib. O, İranla nüvə silahından imtinanı təmin edən razılaşmanın əldə edilməsinin vacibliyini vurğulayıb.
Bu həftə Vaşinqton İranı iqtisadi cəhətdən zəiflətmək məqsədilə yeni sanksiyalar tətbiq edib. ABŞ maliyyə naziri Skott Bessent bu tədbirləri “İqtisadi D Günü” adlandırıb. ABŞ müdafiə naziri Pit Heqset isə hərbi variantın da istisna edilmədiyini bildirib.
ABŞ daha əvvəl də İranla diplomatik danışıqların davam etdiyi dövrlərdə hərbi gücdən istifadə edib. Vaşinqton və Tehran arasında vasitəçilər vasitəsilə danışıqların aparıldığı vaxtlarda ABŞ tərəfindən müxtəlif hədəflərə zərbələr endirilib.
Aysel Şirinova