ABŞ müdafiə naziri Pit Heqseth bildirib ki, Vaşinqton İranı iqtisadi cəhətdən təcrid etmək üçün “misli görünməmiş” sanksiyalar tətbiq etsə də, hərbi variantı istisna etmir.
Tvit.az xəbər verir ki, Heqseth Newsmax telekanalına müsahibəsində deyib ki, hazırda İrana ən çox zərər verən vasitə iqtisadi təzyiqdir.
Bununla belə, ABŞ-ın Hörmüz boğazında və ya İran ətrafında hərbi zərbələr endirmək variantını tamamilə istisna etmədiyini vurğulayıb.
Aysel Şirinova