Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Pezeşkian və Putin arasında görüş olacaq
dünya

Pezeşkian və Putin arasında görüş olacaq

26-08-2026 16:00 7 Baxış
IMG

İran prezidenti Məsud Pezeşkian və rusiyalı həmkarı Vladimir Putin Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində bir araya gələcəklər.


Tvit.az xəbər verir ki, bununla bağlı İranın Rusiyadakı səfiri Kazım Cəlali məlumat verib.


ŞƏT sammitinin Qırğızıstanın sədrliyi ilə sentyabrın 1-də Bişkekdə keçirilməsi planlaşdırılır. Sammit çərçivəsində təşkilata üzv ölkələrin liderlərinin regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və digər məsələləri müzakirə edəcəyi gözlənilir. 


Elmin Alışov