Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman "Sabah" Çempionlar Liqasının tarixinə düşüb
idman

"Sabah" Çempionlar Liqasının tarixinə düşüb

26-08-2026 12:00 4 Baxış
IMG

"Sabah" klubu UEFA Çempionlar Liqasında tarixi uğura imza atıb.

 

Tvit.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin təsnifat mərhələsindən əsas raunda vəsiqə qazanan ən gənc komanda olub. 2017-ci ildə təsis edilən klub cəmi 9 ildən sonra Çempionlar Liqasının liqa mərhələsinə yüksəlib.

 

Daha əvvəl bu rekord Rusiyanın "Krasnodar" klubuna (12 il) məxsus olub.

 

Qeyd edək ki, "Sabah" Çempionlar Liqasının pley-off mərhələsində İsrailin "Hapoel" (Beer-Şeva) klubunu iki oyunun nəticəsinə əsasən 6:4 hesabı ilə məğlub edərək liqa mərhələsinə vəsiqə qazanıb. "Bayquşlar" "Qarabağ"dan sonra turnirin əsas mərhələsinə yüksələn ikinci Azərbaycan klubu olub.