Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Azərbaycan UEFA reytinqində Sloveniyanı geridə qoyaraq İsrailə çatıb
idman

Azərbaycan UEFA reytinqində Sloveniyanı geridə qoyaraq İsrailə çatıb

26-08-2026 10:00 9 Baxış
IMG

Azərbaycan UEFA reytinqində Sloveniyanı geridə qoyaraq İsrailə çatıb.

 

Tvit.az-ın məlumatına görə, ötən gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşləri çərçivəsində "Hapoel"i (Beer-Şeva, İsrail) 5:2 hesabı ilə məğlub edən "Sabah" ölkənin əmsalını artırıb.

 

Azərbaycan 23.687 əmsalla 25-ci pilləyə yüksəlib. Ölkə bununla da 22.843 əmsala malik Sloveniyanı geridə qoyub.

 

24-cü pillədə isə İsrail (23.750) qərarlaşıb.

 

Xatırladaq ki, hazırda reytinq cədvəlinə 101.907 əmsalla İngiltərə başçılıq edir.