Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bakının bəzi ərazilərində işıq kəsiləcək
sosial

Bakının bəzi ərazilərində işıq kəsiləcək

26-08-2026 08:00 7 Baxış
IMG

Bakının bir sıra ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

 

Bu barədə Tvit.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

 

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 26-da paytaxtda bir sıra Transformator Məntəqələrində təmir-təftiş və sınaq işləri həyata keçiriləcək.

 

Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində saat 10:00-dan saat 13:00-dək Hüseyn Cavid, Şəfayət Mehdiyev, İsfəndiyar Zülalov, Xıdır Mustafayev, Xaqan Dadaşov, Əhməd Cavad, Vasif Əliyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

 

Nərimanov RETSİ-nə daxil olan Yəhya Bakuvi və Koroğlu Rəhimov küçələrinin bəzi ərazilərində saat 09:00-dan 13:00-dək enerjinin verilişində fasilə yaranacaq.

 

Planlı fasilə saat 10:00-dan 14:00-dək Nizami rayonu Rüstəm Rüstəmov və Bəkir Çobabzadə küçələrini də əhatə edəcək.

 

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.