Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yeni təyinat olub.
“Tvit.az” xəbər verir ki, ADNSU-nun rektoru Rüfət Əzizovun müvafiq əmri ilə Əli Əlizadə “SABAH.city” mərkəzinin direktoru təyin edilib.
Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu, kimya üzrə fəlsəfə doktoru olan Əli Əlizadə 2022-ci ildən ADNSU-da akademik və elmi fəaliyyət göstərir.
O, son təyinatadək universitetin Elm departamentinin direktoru vəzifəsində çalışıb.