Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Qazaxıstanın neft emalı zavodu Rusiyadan neft emal edəcək
dünya

Qazaxıstanın neft emalı zavodu Rusiyadan neft emal edəcək

25-08-2026 14:00 10 Baxış
IMG

Qazaxıstanın Energetika Nazirliyi respublikada yerləşən Kondensat neft emalı zavodunun Rusiya neftini emal edəcəyini və istehsal etdiyi neftin 70%-ni Rusiyaya, qalan 30%-ni isə Qazaxıstanda saxlayacağını açıqlayıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov TASS-ın sualına cavab olaraq keçirdiyi brifinqdə bildirib.

 

 "Hazırda tələb olunan neft məhsullarının - benzin və dizel yanacağının - 30%-ə qədərinin Qazaxıstanda qalacağı, qalan hissəsinin isə Rusiyaya göndəriləcəyi barədə razılığa gəlmişik. Hesab edirəm ki, bunlar normal şərtlərdir", - deyə o bildirib.

 

O qeyd edib ki, Qərbi Qazaxıstan bölgəsində yerləşən Kondensat zavodunu Qazaxıstan və ya Rusiyanın boru kəməri sistemləri ilə birləşdirən heç bir boru kəməri yoxdur. Neft dəmir yolu ilə çatdırılacaq.

 

Aysel Şirinova