Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Kardioloq ürək sağlamlığı üçün ən yaxşı səhər içkisini AÇIQLADI
sosial

Kardioloq ürək sağlamlığı üçün ən yaxşı səhər içkisini AÇIQLADI

25-08-2026 08:00 20 Baxış
IMG

Kardioloq-diyetoloq Mişel Rutenşteyn ürək-damar sağlamlığını dəstəkləmək üçün səhərlər qəbul edilə biləcək içkilərdən birini açıqlayıb.

 

Tvit.az xəbər verir ki, həkim bu barədə "Eating Well" nəşrinə müsahibəsində danışıb.

 

Mişel Rutenşteyn ürək-damar xəstəlikləri riskini azaltmağa kömək etmək üçün səhərlər yaşıl çay içməyi tövsiyə edib. O bildirib ki, yaşıl çayın tərkibində güclü antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malik katexinlər var.

 

"Bəzi tədqiqatlar göstərir ki, yaşıl çay oksidləşdirici stresi azaltmağa və ürək sağlamlığı üçün vacib olan qan damarlarının fəaliyyətini yaxşılaşdırmağa kömək edə bilər", - deyə diyetoloq qeyd edib.

 

Mütəxəssis əlavə edib ki, katexinlər bağırsaqlarda yağların sorulmasını azaltmağa və qanda "pis" xolesterinin səviyyəsinin aşağı düşməsinə kömək edə bilər. Bu isə ateroskleroz riskinin azalmasına təsir göstərə bilər.

 

Bundan əlavə, onun sözlərinə görə, yaşıl çay qan təzyiqinin aşağı salınmasına kömək edə və bununla da insult riskinin azalmasına müsbət təsir göstərə bilər.