Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bu rayonun bir hissəsində su olmayacaq
sosial

Bu rayonun bir hissəsində su olmayacaq

24-08-2026 19:00 6 Baxış
IMG

Bakının Xətai rayonunun bir hissəsində suyun verilişində fasilələr olacaq.

 

Bu barədə "Tvit.az"a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, diametri 200 mm olan içməli su xəttinin diametri 600 mm olan magistral su borusuna qoşulması işləri çərçivəsində 25.08.2026-cı il tarixdə saat 23.00-dan 26.08.2026-cı il gecə saatlarınadək Xətai rayonun bəzi ərazilərinə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.