Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Sabunçuda kişinin boğazı kəsildi: Arvadı saxlanıldı
hadisə

Sabunçuda kişinin boğazı kəsildi: Arvadı saxlanıldı

24-08-2026 13:00 14 Baxış
IMG

Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib.

 

Tvit.az-ın məlumatına görə, avqustun 23-də gecə saatlarında 1980-ci il təvəllüdlü Nail Syubayevin yaşadığı evdə boğaz nahiyəsindən bıçaq xəsarəti alaraq özünü öldürməsi barədə polisə məlumat daxil olub.


Aparılan araşdırmalarla N.Syubayevin həyat yoldaşı, 1984-cü il təvəllüdlü Alfina Azizova tərəfindən münaqişə zəminində bıçaqla öldürülməsi şübhələri ortaya çıxıb.

 

A.Azizova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

 

Araşdırma davam etdirilir.