Hazırkı Yaponiya hökuməti Rusiya ilə sülh müqaviləsi bağlamağa və şimal ərazilər problemini həll etməyə ümid edir.
Tvit.az “Kyodo” agentliyinə istinadən xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Şiqeru İşiba ölkə parlamentində çıxışı zamanı deyib.
"Yaponiya-Rusiya münasibətləri çətin vəziyyətdədir, lakin ölkəmiz ərazi problemini həll etmək və sülh müqaviləsi bağlamaq üçün səylərini davam etdirəcək", - deyə nazir bildirib.
Elmin Alışov