İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Livanla atəşkəs razılaşmasını tarixi səhv adlandırıb.
Tvit.az bu barədə RİA Novosti-ə istinadla xəbər verir.
Nazirin sözlərinə görə, Livanla razılaşma şimal arenasında müharibənin əsas məqsədinə, yəni evakuasiya edilmiş on minlərlə sakinin öz evlərinə qayıtmasına cavab vermir.
“Bu, atəşkəs deyil. Bu, “sükut müqabilində susmaq” anlayışına qayıdışdır və biz bunun hara apardığını artıq görmüşük” deyən Ben-Qvir Livan ordusunun səlahiyyətə malik olmadığını və Hizbullah hərəkatını məğlub edə bilməyəcəyini bildirib.
Ben-Qvirin sözlərinə görə, Livandan çəkilmək üçün İsrailə öz təhlükəsizlik kəməri lazımdır.