Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İran: Hörmüz boğazına xarici müdaxilə qəbuledilməzdir
dünya

İran: Hörmüz boğazına xarici müdaxilə qəbuledilməzdir

01-05-2026 19:00 29 Baxış
IMG

İranın İtaliyadakı səfiri Məhəmmədrza Səburi Hörmüz boğazına hər hansı xarici müdaxilənin və ya kənar qüvvələrin yerləşdirilməsinin qəbuledilməz olduğunu bildirib.


Tvit.az xəbər verir ki, o, bu barədə “TASS” agentliyinə müsahibəsində deyib.


Diplomat qeyd edib ki, Fransa və Britaniyanın, eləcə də Avropa Birliyinin irəli sürdüyü son təşəbbüslər Tehran tərəfindən qəbul olunmur və qətiyyətlə rədd edilir.


Səburi vurğulayıb ki, İran bu cür addımları suverenliyə müdaxilə kimi dəyərləndirir və onları kəskin şəkildə pisləyir.


Elmin Alışov