Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Mourinyo "Real Madrid"ə keçəcəyi xəbərlərini şərh edib
idman

Mourinyo "Real Madrid"ə keçəcəyi xəbərlərini şərh edib

29-04-2026 20:00 23 Baxış
IMG

"Mənim növbəti məqsədim "Benfika"nı UEFA Çempionlar Liqasına çıxarmaqdır".

 

Tvit.az xəbər verir ki, bunu Joze Mourinyo "Benfika"nın baş məşqçisi kimi "Real Madrid"ə mümkün təyinatı ilə bağlı sualı cavablandırarkən deyib.

 

"Əgər növbəti üç oyunda qalib gəlsək, Avropanın ən böyük turnirində oynayacağıq. Hazırda düşündüyüm yeganə məsələ budur", - deyə jurnalist Fabritsio Romano "X" sosial şəbəkəsində J.Mourinyonun sözlərindən sitat gətirib.

 

Xatırladaq ki, daha əvvəl 63 yaşlı portuqaliyalı mütəxəssisin "Real Madrid"də baş məşqçi postuna əsas namizəd olduğu və klub prezidenti Florentino Peresin artıq danışıqlara başladığı bildirilirdi.