Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Telegram dünya üzrə 105 mindən çox kanal və qrupu blokladı
dünya

Telegram dünya üzrə 105 mindən çox kanal və qrupu blokladı

28-04-2026 09:00 19 Baxış
IMG

Telegram dünya üzrə 105 mindən çox kanal və qrupu bloklayıb.

 

Tvit.az xəbər verir ki, Bu rəqəmlər messencerin rəsmi saytında dərc olunmuş yenilənmiş statistikadan götürülüb.

 

Mövcud məlumata görə, ilin əvvəlindən bəri Telegram-da 13,7 milyondan çox qrup və kanal bloklanıb. Son bir həftə ərzində messencerin administrasiyası təxminən 635.000 kanalı bloklayıb.

 

 

2023-cü ilin dekabr ayından bəri messencerin tarixində ən böyük bloklama 1 yanvar 2026-cı ildə baş verib və bu zaman təxminən 543.000 qrup və kanal bloklanıb. 2026-cı ilin birinci rübündə Telegram administrasiyası ötən ilin eyni dövrü ilə müqayisədə xidmətin siyasətini pozduğuna görə 51% daha çox kanal və qrupu bloklayıb.

 

Aysel Şirinova