Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İran ABŞ ilə danışıqlar üçün üç mərhələli planı vasitəçilərə təqdim edib - DETALLAR
dünya

İran ABŞ ilə danışıqlar üçün üç mərhələli planı vasitəçilərə təqdim edib - DETALLAR

27-04-2026 12:00 23 Baxış
IMG

 İran vasitəçilərə ABŞ ilə danışıqlara hazır olduğu üç mərhələli plan təqdim edib.

 

Tvit.az xəbər verir ki, bu barədə Livanın Əl-Mayadin telekanalı məlumat yayıb.

 

Məlumata əsasən İran tərəfi danışıqların birinci mərhələsinin "müharibənin bitməsinə və İran və Livana qarşı hərbi əməliyyatların bərpa olunmayacağına dair zəmanətlərin alınmasına" yönəlməsini tələb edir. Tehranın şərtlərinə uyğun olaraq, bu mərhələdə başqa heç bir məsələ müzakirə olunmayacaq. Bu məsələ ilə bağlı razılıq əldə olunarsa, ikinci mərhələdə Oman tərəfi ilə əlaqələndirilərək müharibə bitdikdən sonra Hörmüz boğazının idarə olunması müzakirə olunacaq.

İranın təklifinə görə, üçüncü mərhələ Tehranın nüvə dosyesini əhatə edəcək. Kanalın qeyd etdiyi kimi, İran tərəfi ilk iki mərhələ üzrə razılıq əldə olunana qədər bu məsələni müzakirə etməkdən imtina edir. Bildirilib ki, ABŞ müvafiq danışıqlar planını qəbul edərsə, İran növbəti mərhələyə razı olacaq.

 

Qeyd edək ki, aprelin 11-də İran və ABŞ İslamabadda bir neçə danışıqlar raundu keçiriblər. İran nümayəndə heyətinə Parlament sədri Məhəmməd Bağır Qalibaf, Amerika nümayəndə heyətinə isə vitse-prezident C.D. Vens rəhbərlik edib. Daha sonra Tehran və Vaşinqtonda bildirildiyi kimi, tərəflər bir sıra fikir ayrılıqlarına görə münaqişənin uzunmüddətli həlli ilə bağlı razılığa gələ bilməyiblər. Mümkün yeni danışıqlar raundunun təfərrüatları hələ də məlum deyil.

 

Aysel Şirinova