Ukrayna nümunəsindən istifadə edən Rusiya Vaşinqton və Brüsselin dincələcəyi təqdirdə Qərbin başına nələrin gələcəklərini göstərir.
Bu barədə Ukraynanın Birinci xanımı Olena Zelenska deyib. O, Ukrayna Prezidentinin Ofisinin YouTube kanalında dərc olunan müsahibəsində Qərbi Moskvadan ehtiyat etməyə çağırıb.
"Anlamalıyıq ki, Ukrayna nümunəsindən istifadə edən Rusiya Qərbin başına nələrin gələcək olduğunu göstərir. İnformasiya təhlükəsizliyinizin qayğısına qalmaq isə lazımdır. (...) Sizə məsləhət görürəm ki, dincəlməyəsiniz. Bu, çox təhlükəlidir", - Ukrayna liderinin həyat yoldaşı bildirib.
O əlavə edib ki, geopolitik qarşıdurmada Moskva rəqabətin hibrid alətlərindən istifadə edir.