Ukrayna Prezidenti Vladimir Zelenski Kiprdə keçiriləcək xüsusi iclas ərəfəsində Aİ liderləri – Koşta və fon der Lyayenlə görüş keçirib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata əsasən, danışıqların əsas mövzusu 2026–2027-ci illər üçün Ukraynaya ayrılması nəzərdə tutulan 90 milyard avroluq maliyyə yardımının blokdan çıxarılması olub.
Bildirilib ki, növbəti mərhələ isə Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların irəlilədilməsi olmalıdır.
Fon der Lyayen həmçinin qeyd edib ki, yardımın ilk tranşı artıq yaxın zamanda ayrılacaq. Vəsaitin bir hissəsi müdafiə ehtiyaclarına, o cümlədən pilotsuz texnologiyaların inkişafına yönəldiləcək.
Aysel Şirinova