Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Xəzər dənizində zəlzələ oldu
sosial

Xəzər dənizində zəlzələ oldu

22-04-2026 14:00 22 Baxış
IMG

Xəzər dənizində 3,3 maqnitudalı zəlzələ qeydə alınıb.

"Tvit.az" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 14:07-də qeydə alınıb. Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, son həftələr Xəzər dənizində seysmoloji aktivlik müşahidə olunur. Belə ki, aprel ayında Xəzərdə 16 zəlzələ qeydə alınıb.