Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Avropa Komissiyası Rusiya ilə bağlı bu qadağanı sanksiyanı siyahısından çıxardı
dünya

Avropa Komissiyası Rusiya ilə bağlı bu qadağanı sanksiyanı siyahısından çıxardı

22-04-2026 12:00 60 Baxış
IMG

Avropa Komissiyası  Rusiyanın neftinin daşınmasına qoyulan qadağanı 20-ci sanksiya paketindən çıxarıb.

 

Tvit.az-ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa İttifaqı ölkələrindən bu paketi daraldılmış formada dərhal qəbul etmələrini təklif edib. 

 

"Avropa Komissiyası, 27 Avropa İttifaqı ölkəsinin səfirlərinin müzakirəsinə 20-ci sanksiya paketinin təqdim edilməsi təklifini irəli sürüb, bununla yanaşı, rus neftinin (avropa daşıyıcıları tərəfindən) daşınması və bu daşımalar üçün xidmətlərin, o cümlədən sığortanın tam qadağanını paketdən çıxarıb", – deyə diplomatik mənbə bildirib.

 

Aysel Şirinova