Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bakı-Sumqayıt yolunda tıxacın azalması üçün yeni layihə...
sosial

Bakı-Sumqayıt yolunda tıxacın azalması üçün yeni layihə...

21-04-2026 10:00 32 Baxış
IMG

Hazırda ən ciddi layihə Bilgəh-Novxanı-Xırdalan avtomobil yolu layihəsidir. Bu layihə ilə Sumqayıtdan gələn M1 avtomobil yolunda gərginlik azalacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə AzTV-yə açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

 

“Xırdalanın M4 yoluna müxtəlif çıxışlar təmin olunacaq. Beləliklə, "20 Yanvar" metrostansiyası ətrafında alışdığımız yoldakı gərginlik kifayət qədər azaldılacaq. Bu, Bilgəh-Novxanı-Xırdalan avtomobil yolu layihəsinin əhəmiyyətini göstərir”,- o əlavə edib.