Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (MTK) respublikanın Daxili İşlər Nazirliyi ilə birlikdə həbsxanada terror aktının hazırlanmasını dayandırıb.
Tvit.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
“Müttəhimlərdən biri həbsxanada olarkən terror aktı hazırlayırdı, qalanları isə terrorizmin təbliğində və terrorçuluq fəaliyyətinin təşkili məqsədilə şəxslərin cəlb edilməsində iştirak edirdilər. Onların məqsədlərinin qarşısı alındı”,- deyə məlumatda bildirilir.
Elmin Alışov