Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İran qüvvələri: Gəmilərin Hörmüz boğazından keçməsi üçün İİKK-nın icazəsi olmalıdır
dünya

İran qüvvələri: Gəmilərin Hörmüz boğazından keçməsi üçün İİKK-nın icazəsi olmalıdır

17-04-2026 21:00 31 Baxış
IMG

İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Dəniz Qüvvələri komandanlığı İranın Hörmüzdən keçmək üçün şərtlərini açıqlayıb. 

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, bu şərtlərə İran ordusundan icazə almaq da daxildir. 

 

Mülki gəmilər müəyyən edilmiş marşrutdan keçəcək.

 

Hərbi gəmilərin boğazdan keçməsi qadağandır.

 

Hərəkətlərə yalnız İİKK Hərbi Dəniz Qüvvələrinin icazəsi ilə icazə veriləcək. 

 

İİKK Hərbi Dəniz Qüvvələri Komandanlığının açıqlamasında əlavə edilib ki, "bu hərəkat döyüş meydanında və Livan atəşkəsinin tətbiqindən sonra sükut dövrü ilə bağlı razılaşmaya uyğundur".

 

Aysel Şirinova