Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Hörmüz boğazı dünya ölkələrinin maraqlarına uyğundur - ÇİN XİN rəsmisi
dünya

Hörmüz boğazı dünya ölkələrinin maraqlarına uyğundur - ÇİN XİN rəsmisi

13-04-2026 12:00 35 Baxış
IMG

Hörmüz boğazında sərbəst naviqasiya bütün dünya ölkələrinin maraqlarına uyğundur.

 

Tvit.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tszyan danışıb.

 

“Hörmüz boğazı malların və enerji daşıyıcılarının daşınması üçün ən mühüm beynəlxalq ticarət marşrutlarından biridir. Orada təhlükəsizliyin, sabitliyin və maneəsiz gəmiçiliyin təmin edilməsi beynəlxalq ictimaiyyətin maraqlarına uyğundur”, – deyə o vurğulayıb.

 

Diplomat tərəfləri təmkinli olmağa çağırıb. Eyni zamanda, Pekinin böhranın həllində müsbət və konstruktiv rol oynamağa davam etməyə hazır olduğunu təsdiqləyib.

 

Aysel Şirinova