Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azərbaycanda ZƏLZƏLƏ oldu - YENİLƏNİB
sosial

Azərbaycanda ZƏLZƏLƏ oldu - YENİLƏNİB

13-04-2026 08:00 17 Baxış
IMG

Xəzər dənizində 3.2 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə "Tvit.az"a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Bildirilib ki, aprelin 12-də yerli vaxtla 23:45-da qeydə alınan zəlzələnin ocağı 32 kilometr dərinlikdə olub.

*** 23:04

Xəzər dənizində zəlzələ baş verib.

Bu barədə "Tvit.az"a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 22:46-da qeydə alınan zəlzələnin maqnitudası 4,6 olub.

Zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.