Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Ukrayna Xəzərdə neft platformalarını vurdu
dünya

Ukrayna Xəzərdə neft platformalarını vurdu

10-04-2026 20:00 18 Baxış
IMG

Ukrayna Müdafiə Qüvvələri Rusiya qoşunlarını yanacaqla təmin edən Xəzər dənizindəki Rusiyanın iki qazma platformasına zərbə endirib.

 

Tvit.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilir ki, aprelin 10-na keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Xəzər şelfində yerləşən obyektlərə hücum edib.

 

Əməliyyatın Rusiyanın hərbi-iqtisadi potensialının azaldılması strategiyası çərçivəsində həyata keçirildiyi qeyd olunur.

 

İlkin məlumata görə, zərbə V.Qrayfer adına və Y.Korçagin adına yataqlarda yerləşən buzadavamlı stasionar platformalara endirilib. Bu obyektlər Xəzər dənizinin şimalında, cəbhə xəttindən təxminən 1000 kilometr məsafədə yerləşir. Platformalar Rusiya ordusunun yanacaq-sürtkü materialları ilə təmin olunmasında mühüm həlqə hesab olunur.

 

Bu cür zərbələrin bundan sonra da davam etdiriləcəyi vurğulanıb./publika.az