Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Naxçıvanda qəza oldu - Yaralılar var
hadisə

Naxçıvanda qəza oldu - Yaralılar var

10-04-2026 20:00 20 Baxış
IMG

Naxçıvanda baş verən qəzada 4 nəfər xəsarət alıb.

"Tvit.az" xəbər verir ki, hadisə Babək rayonunun Araz kəndi yaxınlığında baş verib. 67-BN-063 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə 67-BM-165 dövlət nömrə nişanlı "NAZ-Lifan" markalı avtomobilin toqquşması nəticəsində 1983-cü il təvəllüdlü Salmanov Nazim Yaqub oğlu, 1977-ci il təvəllüdlü Ələkbərova Aminə Həsənqulu qızı, 1963-cü il təvəllüdlü Muradov Hikmət Baxşəli oğlu və 1970-ci il təvəllüflü Fərzəliyeva Zülfünaz Vəli qızı xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.