Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün danışıqları sentyabr ayına qədər başa çatdırmağa çalışacağını bildirib.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Zelenski ABŞ, Ukrayna və Rusiyanın əvvəllər Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün üçtərəfli danışıqlar apardığını xatırladaraq, bu cür danışıqların davam etdirilməli olduğunu bildirib və qeyd edib ki, yaz ayları onlar üçün siyasi və diplomatik baxımdan asan olmayacaq.
Elmin Alışov