Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Tovuzda valideynlərinin imtina etdiyi azyaşlılar uşaq evinə yerləşdirildilər
sosial

Tovuzda valideynlərinin imtina etdiyi azyaşlılar uşaq evinə yerləşdirildilər

10-04-2026 15:00 26 Baxış
IMG

Tovuz rayonunda valideynlərinin imtina etdiyi 3 azyaşlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin əməkdaşlarına təhvil verilib.

 

Tvit.az-ın əldə etdiyi məlumata görə, agentlik əməkdaşları Tovuz Rayon Mərkəzi Xəstəxanasına gələrək, uşaqların yenidən tibbi müayinədən keçirilməsini təşkil ediblər. Daha sonra azyaşlılar xəstəxanadan götürülərək Gəncədəki uşaq evlərindən birinə yerləşdiriliblər.


Uşaqların anası Təranə Ələsgərovanın isə xəstəxanada müalicəsi davam etdirilir.

 

Xatırladaq ki, Tovuz rayonu Məhəmməd Zeynallı küçəsindəki yataqxanada yaşayan ailə 3 azyaşlı övladından imtina edib. Ailə başçısı Səbuhi Ələsgərovun içki aludəçisi olduğundan ailədə tez-tez mübahisə yaradıb psixi xəstə olan arvadı Təranə Ələsgərovanı və övladlarını döyməsi, işgəncə verməsi barədə məlumat daxil olub.

 

Araşdırmalar zamanı məlum olub ki, ailənin 3 övladı - 2024-cü il təvəllüdlü İ.Ələsgərov, 2019-cu il təvəllüdlü İ.Ələsgərov, 2018-ci il təvəllüdlü Y.Ələsgərov ataları tərəfindən dilənçiliyə vadar ediliblər.

 

Tovuz Rayon İcra Hakimiyyətinin əməkdaşları həmin ünvanda yaşayan ana və 3 övladını Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirmişdilər.