Eyni zamanda, NATO-nun baş katibi vurğulayıb ki, NATO-ya qoşulmaq əvəzinə ölkələr Kiyev üçün təhlükəsizlik zəmanətlərini müzakirə edirlər.
Aysel Şirinova
ABŞ, eləcə də bir sıra Avropa ölkələri Ukraynanın NATO-ya daxil olmasına qarşıdır.
Tvit.az xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Mark Rutte deyib.
Rutte qeyd edib ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsi yaxın gələcəkdə həll olunmayacaq.
Baş katibin sözlərinə görə, Ukrayna indi "siyasi səbəblərə görə" alyansa qoşula bilməyəcək. O, bunu dürüst qiymətləndirmə adlandırıb.