Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Livan BMT-yə İsrail ilə bağlı sənəd təqdim edəcək
dünya

Livan BMT-yə İsrail ilə bağlı sənəd təqdim edəcək

09-04-2026 17:00 15 Baxış
IMG

Livan hökuməti Beyrut və digər şəhərlərə edilən kütləvi bombalanmalar nəticəsində çoxsaylı insan tələfatına səbəb olan İsrailə qarşı şikayəti BMT-yə təqdim edəcək.

 

Tvit.az xəbər verir ki, bu barədə Livan Respublikasının baş naziri Nəvaf Salam hökumət iclasından sonra keçirilən mətbuat konfransında açıqlama verib.

 

"Biz, İsrailin Livana qarşı aqressiv hücumlarına etiraz olaraq, dərhal BMT Təhlükəsizlik Şurasına şikayət göndərmək və beynəlxalq birliyin müdaxiləsini tələb etmək qərarına gəldik," – deyə baş nazir bildirib.

O, paytaxt və ətraf ərazilərdə sabitliyin qorunmasına dair tədbirlərin gücləndiriləcəyini və daxili qarşıdurmalara səbəb ola biləcək hadisələrin qarşısının alınacağını qeyd edib.

 

Aysel Şirinova