İspaniya Xarici İşlər Naziri Xose Manuel Albarez Tehran şəhərindəki səfirliyini yenidən açmaq üçün tapşırıq verib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Bizim səfirə Tehrana qayıtmağı, səfirlikdə yenidən rəhbərlik etməyi və İspaniyanın Tehran səfirliyini yenidən açmağı tapşırdım", – deyə o, bildirib.
Xatırladaq ki, İspaniyanın Tehran səfirliyi əməkdaşları 7 mart tarixində İslam Respublikasından təxliyə edilib.
Aysel Şirinova