İsrailin səfiri Livanda BMT-nin Müvəqqəti Qüvvələrinin tərkibində fəaliyyət göstərən İtaliya kontingenti ilə bağlı növbəti insidentdən sonra İtaliyanın Xarici İşlər Nazirliyinə çağırılıb.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Livanda bu gün baş verən hadisələrə aydınlıq gətirilməsi üçün İsrailin İtaliyadakı səfirinin çağırılması barədə tapşırıq vermişəm. İtalyan hərbçilərə toxunulmaz”, – İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani X platformasında yazıb.
Müdafiə Nazirliyinin məlumatına görə, İtaliya konvoyu İsrail ordusu tərəfindən atəşə tutulub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
İtaliya rəhbərliyində bildirilib ki, Livanda sülhün qorunması və gərginliyin azaldılması istiqamətində səylər davam etdiriləcək, lakin Roma sülhməramlıların roluna hörmət olunmasını və onların təhlükəsizliyinin təmin edilməsini tələb edir.
Aysel