Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Xəzərdə güclü zəlzələ: Dağıntı və tələfat var?
sosial

Xəzərdə güclü zəlzələ: Dağıntı və tələfat var?

08-04-2026 14:00 18 Baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 08.04.2026-cı il tarixində yerli vaxtla saat 13:05-də Lənkəran şəhərindən 50 km şərqdə, Xəzər dənizi ərazisində 70 km dərinlikdə 5.3 maqnituda zəlzələ qeydə alınıb.

 

FHN Mətbuat xidmətindən Tvit.az-a verilən məlumata görə, zəlzələ ölkənin cənub rayonlarında 4-3 bal hiss olunub.

 

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.