Fransanın xarici işlər naziri Jean-Noel Barrot bildirib ki, Donald Trump-ın İrana qarşı səsləndirdiyi hədənin həyata keçirilməyəcəyinə ümid edir.
Tvit.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Nazir qeyd edib ki, Fransa mülki infrastruktur obyektlərinə qarşı hücumlara qəti şəkildə qarşıdır.
Xatırladaq ki, Tramp daha əvvəl İrana yönəlik çıxışında “bu gecə bütöv bir sivilizasiya məhv olacaq” ifadəsini işlətmişdi.
Aysel Şirinova