Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya SON DƏQİQƏ! Şagird müəllimini öldürdü - Rusiyada
dünya

SON DƏQİQƏ! Şagird müəllimini öldürdü - Rusiyada

07-04-2026 10:00 84 Baxış
IMG

Rusiyanın Perm şəhərində şagirdin bıçaqladığı 55 yaşlı müəlim dünyasını dəyişib.

 

Tvit.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.  

 

Məlumata əsasən, 17 yaşlı doqquzuncu sinif şagirdi məktəbin pilləkənlərində müəllimə bir neçə dəfə bıçaq zərbəsi endirib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

Dünyasını dəyişən müəllimin direktor müavini olduğu qeyd edilib.

Bildirilib ki, mərhum Olesya B. uzun illər təcrübəsi olan yüksək səviyyədə tanınmış bir mütəxəssis olub. 2018-ci ildə o, orta məktəb müəllimləri kateqoriyasında "İlin müəllimi" müsabiqəsinin regional mərhələsinin qalibi olub. 

 

Hadisəni törədən yeniyetmə saxlanılıb. Cinayət işi açılıb.

 

Aysel Şirinova