İran İsfahan əyaləti üzərində ABŞ-a məxsus MQ-9 Reaper pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu açıqladı.
Tvit.az İran mətbuatına istinadən xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusu məlumat yayıb.
Bəyanatda bildirilir ki, bu son müdaxilə ilə İranın inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemləri tərəfindən ölkə daxilində vurulan ABŞ-İsrail pilotsuz təyyarələrinin sayı 168-ə çatıb.
Elmin Alışov