Bu gün Cənubi Qafqazda yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda olan ölkələr bu imkanları əldən verməməlidir.
Tvit.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında söyləyib.
Dövlət başçısı bəyan edib ki, Ermənistanla sülh prosesini gücləndirmək üçün sənədlərin imzalanması kifayət deyil:
"Biz hər addımda sülhü gücləndirməliyik. Bunun ən yaxşı yolu ticarəti artırmaqdır. Bu proses bu gün Gürcüstanın vasitəsilə həyata keçirilir. Gürcüstan hökumətinə buna görə təşəkkür edirəm".