Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Əfqanıstan üzrə əlaqə qrupu fəaliyyətini dayandırsa da, ölkədəki vəziyyət təşkilatın diqqət mərkəzində qalır.
Tvit.az xəbər verir ki, bu barədə ŞƏT-in baş katibi Nurlan Ermekbəyev bildirib.
Ermekbəyev deyib: “Əfqanıstandakı vəziyyət daim ŞƏT üzv dövlətlərinin diqqətindədir. Üzv dövlətlər vəziyyəti öyrənir, çünki Əfqanıstan bütün regiona təsir göstərir və bir çox üzv dövlətlər Əfqanıstanla sərhəddir. Əvvəllər ŞƏT-Əfqanıstan əlaqə qrupu aktiv fəaliyyət göstərirdi. Qrup fəaliyyətini dayandırsalar da, Əfqanıstan hələ də təşkilatımızın diqqətindədir.”
Aysel Şirinova